Gürcülərin Almaniyadan kütləvi deportasiyası başlayıb
01:44 22 Fevral 2018
Avropa İttifaqı ərazisində qalmaq şərtlərini pozan gürcü vətəndaşları kütləvi şəkildə Almaniyadan deportasiya olunur.
Femida.azxəbər verir ki, bu barədə Gürcüstanın Baş konsulluğu məlumat yayıb.
“Dünən Almaniya Federativ Respublikasından növbəti readmissiya həyata keçirilib, 65 vətəndaş qaytarılıb”, - deyə, diplomatik missiyadan bildiriblər.
Agentliyin məlumatına görə, bu məlumatı sosial şəbəkələrdə Almaniyada yaşayan gürcülər yayıb. Onların məlumatına görə, ölkədən çıxarılanlar Şimali Reyn-Vestfaliya və Baden-Vürtemberq torpaqlarında yaşayıblar. Bildirilir ki, yaxın vaxtlarda analoji işlər üzrə çoxsaylı məhkəmə iclasları təyin olunub və bu məhkəmələrdə işlərə çox tez baxırlar.
Qeyd edək ki, 2017-ci ilin martında Gürcüstan və Avropa İttifaqı arasında vizasız rejim qurulub. Gürcüstan vətəndaşları vizasız 90 gün ərzində Avropa İttifaqı və Şengen ölkələrində qala bilərlər. Lakin iş və ya tədris üçün viza almağa məcburdurlar. Qaydaları pozanları Gürcüstana deportasiya edir və 3 min avro cərimələyir, həmçinin 5 il ərzində Aİ-yə gəlməyə qadağa qoyurlar.
Femida.az
Oxunub: 1657
Oxşar xəbərlər
- Gürcüstanda matəm elan olunub
- Gürcüstanda qətl törədən azərbaycanlı gənc saxlanılıb
- Ceyhun Bayramov Gürcüstana gedib
- Gürcüstan buğda ixracına qadağa qoyur
- Gürcüstan Prezidenti Azərbaycana səfərə gəlib
- Gürcüstanda meymunçiçəyinə ilk yoluxma qeydə alınıb
- Gürcüstanda azərbaycanlı gəncin meyiti tapılıb, yaxınları öldürüldüyünü iddia edir
- Gürcüstanda iki dəfə zəlzələ olub
- Gürcüstandan iki nəfər Azərbaycan vətəndaşı deportasiya edilib
- Gürcüstanda zəlzələ olub