Şad xəbər: 500-dək məhkum əfv edilə bilər - Video


01:58     22 Fevral 2018 efv.jpg

Hər il bayramqabağı həyata keçirilən əfvin bu il də Novruz bayramına təsadüf edəcəyi gözlənilir.


Femida.az -ın “Xezerxeber.az”a istinadən məlumatına görə, Prezident yanında Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib ki, indiyədək əfvlə bağlı keçirilən iclaslarda yüzlərlə müraciətə baxılıb.

Müraciətlərə baxılan zaman əsas 4 amilə xüsusi diqqət edilir.

Ə. Nuriyev onu da qeyd edib ki, əfv olunmaq üçün hər bir məhkum müraciət edə bilər. Ancaq meryarlara uyğun olan məhkumların müraciətinə baxılır.

Ötən il əfv fərmanı 423 nəfərə şamil olunub. Bu il də təxminən bu rəqəmə yaxın şəxsin əfv ediləcəyi gözlənilir.

Qeyd edək ki, Azərbaycanın müstəqillik tarixində 63 əfv fərmanı imzalanıb və indiyədək 7000-ə yaxın şəxs azadlığa çıxıb.




Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi BƏYƏNİN


Femida.az

Açar sözlər: #Video   #Əfv   #Prezident  

Oxunub: 1622