Goranboyda idarə rəisi məmuru döydü


14:29     22 Fevral 2018 18_02_22_1519281048.jpg


Goranboy rayonunda iş icraçısı döyülüb.

Femida.az "Report"a istinadən bildirir ki, nəticədə 1973-cü il təvəllüdlü Qızılhacılı kənd sakini Allahverdiyev Sadiq Yaşar oğlu boyun nahiyəsindən xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin Goranboy Suvarma Sistemləri İdarəsində iş icraçısı kimi fəaliyyət göstərən S.Allahverdiyev idarənin rəisi Gündüz Bağırov tərəfindən döyülüb. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər: #Goranboy   #məmur   #rəis   #döyülmə  

Oxunub: 601