Yapon alimi robot oxşarını yaratdı - Özündən fərqlənmir


14:53     22 Fevral 2018 2018/02/627119_1519282441.jpg

Yaponiya alimi Hiroşi İşiquro onu ezamiyyə səfərləri zamanı mühazirələrdə əvəz edəcək robot oxşarını yaradıb. Qurğu xarici görünüşünə görə alimdən fərqlənmir.


İxtiraçının sözlərinə görə, "Geminoid" adlanan robot hissləri sensorlarla idarə olunan mimikalarla ifadə edir və süni intellekt vasitəsilə danışır. Qurğunun təkmilləşdirilməsinə ehtiyac olmasına baxmayaraq artıq bu gün robot tələbələrlə məşğələlərin aparılmasına kömək edir. Müəllif zalla robot oxşara quraşdırılan videokamera və dinamiklərin köməyi ilə işləyir.

H.İşiquro qeyd edib ki, robotu yaratmaqda məqsədim onun məni konkret yerdə texnoloji və praktiki baxımdan əvəz edə bilməsindən ibarət olub. "Belə texnologiyalar insan ağlının gücünü nümayiş etdirir", - o bildirib.

Alim vurğulayıb ki, daha çətin əl ilə toxunulan yumşaq və elastik dərini yaratmaq olub. O, obrazı orijinala yaxınlaşdırmağa imkan verir. Elektron sxem mütəmadi təkmilləşdiriləcək, zaman ötdükcə isə "Geminoid" robotunun xarici görünüşünü dəyişmək lazım olacaq, çünki o, insandan fərqli olaraq qocalmır.

Yaponiya alimi Hiroşi İşiquro onu ezamiyyə səfərləri zamanı mühazirələrdə əvəz edəcək robot oxşarını yaradıb. Qurğu xarici görünüşünə görə alimdən fərqlənmir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, ixtiraçının sözlərinə görə, "Geminoid" adlanan robot hissləri sensorlarla idarə olunan mimikalarla ifadə edir və süni intellekt vasitəsilə danışır. Qurğunun təkmilləşdirilməsinə ehtiyac olmasına baxmayaraq artıq bu gün robot tələbələrlə məşğələlərin aparılmasına kömək edir. Müəllif zalla robot oxşara quraşdırılan videokamera və dinamiklərin köməyi ilə işləyir.

H.İşiquro qeyd edib ki, robotu yaratmaqda məqsədim onun məni konkret yerdə texnoloji və praktiki baxımdan əvəz edə bilməsindən ibarət olub. "Belə texnologiyalar insan ağlının gücünü nümayiş etdirir", - o bildirib.

Alim vurğulayıb ki, daha çətin əl ilə toxunulan yumşaq və elastik dərini yaratmaq olub. O, obrazı orijinala yaxınlaşdırmağa imkan verir. Elektron sxem mütəmadi təkmilləşdiriləcək, zaman ötdükcə isə "Geminoid" robotunun xarici görünüşünü dəyişmək lazım olacaq, çünki o, insandan fərqli olaraq qocalmır.

Açar sözlər: #Maraqlı   #Yaponiya   #Alim   #Robort  

Oxunub: 1129