Nazir tapşırıq verdi - Problemlər yerində həll olundu


15:14     22 Fevral 2018 huseyn%20bagirov.jpg

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov bu gün Salyan şəhərində vətəndaşların qəbulunu keçirib.


Femida.az-ın məlumatına görə, Hüseyn Bağırov Salyan, Neftçala, Cəlilabad və Biləsuvar rayonlarının sakinlərini qəbul edib.

Qəbulda ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, bioresurslar və s. məsələlərlə bağlı 40-a yaxın vətəndaşın müraciətinə baxılıb.

Nazirliyin idarə və departamentlərinin, həmçinin tabeli qurumlarının rəhbərlərinin iştirak etdiyi qəbul zamanı nazir vətəndaşların müraciətlərini, şikayət və təkliflərini dinləyərək hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi üçün tapşırıqlar verib.

Vətəndaşları narahat edən məsələlərin bir qismi yerində həllini tapıb, digər məsələlər araşdırılması üçün nəzarətə götürülüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

Femida.az

Açar sözlər: #Ekologiya   #Nazir  

Oxunub: 525