Avtomobil yolları işçilərinin peşə bayramıdır


16:22     22 Fevral 2018 2018/02/414145029_1519287687.jpg

Bu gün Avtomobil yolları işçilərinin Peşə Bayramı Günüdür.



Femida.az -ın məlumatına görə, 22 fevral - Avtomobil yolları işçilərinin Peşə Bayramı Günü Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci il fevralın 20-də imzaladığı “Azərbaycan Respublikası avtomobil yol işçilərinin peşə bayramının təsis edilməsi haqqında” Sərəncamı ilə qeyd edilir. Avtomobil yolları işçiləri ölkəmizdə gedən sosial-iqtisadi inkişafa töhfə verməklə Azərbaycanda yol-nəqliyyat infrastrukturunun formalaşmasında da mühüm rol oynayırlar. İndi ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının prioritet istiqamətlərindən biri də yol-nəqliyyat infrastrukturunun yenidən qurulmasıdır.

2017-ci il ərzində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən “40 yol layihəsi” çərçivəsində 52 kənd və qəsəbələrarası avtomobil yolu layihəsi uğurla başa çatdırılıb. Dövlət başçısı tərəfindən imzalanmış sərəncamlara uyğun olaraq, 14 respublika əhəmiyyətli (373.9 km), 42 yerli əhəmiyyətli - kəndlərarası (863.2 km), Bakı şəhərinin 10 qəsəbələrarası avtomobil yolu (98 km) layihələri, Şəkidə 1 körpünün bərpası və Zaqatalada 1 piyada keçidinin tikintisi layihəsi üzrə ümumilikdə respublikanın 34 rayonunda 68 layihənin tikintisi və yenidənqurması işləri başa çatdırılıb.

Bu layihələrin həyata keçirilməsi, 2.1 milyon nəfər əhalinin yaşadığı 651 yaşayış məntəqəsini (Bakı şəhəri üzrə 28 yaşayış məntəqəsi) əhatə edərək rahat avtomobil yollarından istifadə edilməklə tədarük edilən kənd təsərrüfatı məhsullarının qısa vaxt ərzində istənilən ünvana çatdırılmasına imkan yaradıb.

Qeyd edək ki, ötən gün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində 22 fevral - Avtomobil yolları işçilərinin peşə bayramı münasibətilə müxtəlif media qurumlarını təmsil edən jurnalistlərlə görüş keçirilib. Səmərəli əməkdaşlığa və yol infrastrukturunun yenidən qurulması istiqamətində aparılan işlər barədə ictimaiyyətə peşəkarlıqla dolğun informasiya çatdırdığına görə, Femida.az Hüquq Portalına təşəkkürnamə verilib.










Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi BƏYƏNİN


Femida.az

Açar sözlər: #Bayram   #Avtomobil   #Anar   #Nəcəfli   #Azərbaycan   #Avtomobil   #Yolları   #Dövlət   #Agentliyi  

Oxunub: 3977