Bu rayonlarda insanlar çox yaşamır - SİYAHI


18:14     22 Fevral 2018 18_02_22_1519294312.jpg


Azərbaycanda 100 və daha yuxarı yaşlı sakini olmayan rayon və şəhərlər var.

Femida.az xəbər verir ki, Trend-in apardığı təhlillərə görə, 2017-ci il yanvarın 1-ə olan məlumata görə, Bakının Qaradağ, Gəncənin Nizami rayonunda, Ağstafa, Oğuz, Lerik, Beyləqan, Qobustan rayonları, Şirvan şəhərində yaşı 100 və daha çox olan sakin yoxdur.

2013-cü ildə Bakının Qaradağ rayonunda yaşı 100-dən çox olan 3 qadın olsa da, 2014-cü ildən sonra bu rayonda yaşı 100-dən çox olan uzunömürlü olmayıb.

Son 5 il əzində Gəncənin Nizami rayonunda yalnız 2015-ci ildə 3 qadın yaşı 100 və daha çox olan şəxs kimi qeydiyyata alınıb. Həmin ildən sonra bu rayonda həmin yaşda sakin yaşamayıb.

Ağstafa rayonunda 2013-cü ildə 5 nəfər yaşı 100-dən çox olan insan olsa da, 2017-ci ildə bu rayonda uzunömürlü olmayıb.

Oğuzda da yaşı 100 və daha yuxarı olan sakin sonuncu dəfə 2013-cü ildə qeydə alınıb.

2013-cü ildə 5 nəfər yaşı 100 və daha çox olan sakini olan Lerikdə ötən il bu yaşda sakin olmayıb.

Beyləqan rayonunda ötən il, Şirvan şəhərində isə son 5 il ərzində yaşı 100 və daha çox olan sakin olmayıb.

2013-cü ildə 7 nəfər 100 və daha yuxarı yaşlı sakini olan Qobustan rayonunda belə sakinlərin sayı getdikcə azalıb, 2017-ci ildə isə ümumiyyətlə qeydə alınmayıb.

Ümumilikdə Bakıda yaşı 100 və daha çox olan 50 nəfər yaşayır. Paytaxtın ən yaşlı insanları daha çox (14 nəfər) Binəqədi rayonundadır.

Paytaxtda ən çox uzunömürlülərin (yaşı 90-dan çox) yaşadığı rayon Yasamal (311 nəfər), ən az isə Pirallahıdır (23 nəfər).

Femida.az

Açar sözlər: #Azərbaycan   #yaş   #rayonlar   #ahıl   #qoca   #uzunömürlü  

Oxunub: 2761