Əfv siyahısında kimlər olacaq? - AÇIQLANDI


18:44     22 Fevral 2018 18_02_22_1519296073.jpg

Novruz bayramı ərəfəsində əfv fərmanının verilməsi gözlənilir.


Əfv Məsələləri Komissiyasının növbəti iclasında əfvlə bağlı 100-dən çox müraciətə baxılıb, onların əksəriyyətinə müsbət rəy verilib.

Femida.az xəbər verir ki, bu barədə İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi Bürosunun rəhbəri Səidə Qocamanlı Sputnik Azərbaycan-a danışıb. O, deyib ki, bu il əfv sərəncamının verilməsi, həmçinin amnistiya aktının qəbul edilməsi gözlənilir:



“Bu il Azərbaycan üçün çox önəmlidir. Biz ümid edirik ki, əfv fərmanı Novruz bayramı ərəfəsində veriləcək. Biz də əfv olunmasını arzuladığımız şəxslərin siyahısını hazırlayıb Əfv Məsələləri Komissiyasına təqdim etmişik. Əfv olunmaq üçün tədqim olunmuş siyahıda həbsdə olan jurnalistlər, bloggerlər və siyasi partiyaların nümayəndələrinin adları var”.

Femida.az

Açar sözlər: #əfv   #fərman   #sərəncam   #hüquq_müdafiəçisi   #amnistiya  

Oxunub: 5677