Tanışını qətlə yetirən şəxsin məhkəməsi başlayıb


19:13     22 Fevral 2018 mehkeme.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Vüqar Həsənovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.


Femida.az-ın məlumatına görə, hakim Rasim Sadıqovun sədrlik etdiyi hazırlıq iclasında təqsirləndirilən şəxsin vəkili Rəşad Mirmehdizadə bildirib ki, o, müvəkkili ilə ötən gün müqavilə bağlayıb və işlə tanış ola bilməyib.

Vəkil buna görə, vaxt verilməsini xahiş edib. Hakim onun istəyini nəzərə alıb. İclas fevralın 27-də davam edəcək.

Qeyd edək ki, ötən il oktyabrın 15-də V. Həsənov münaqişə zəminində tanışı Elşən Məmmədovu bıçaqlayaraq qətlə yetirib.


Femida.az

Açar sözlər:

Oxunub: 547