Tanınmış generalların rütbəsi alınır - General qadın məhkəmə zalından həbs oluna bilər


20:57     22 Fevral 2018 18_02_22_1519304388.jpg

Bu gün Sabunçu rayon məhkəməsinin inzibati binasında ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin generalları Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mürvətova və onların əməkdaşları Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinyət işi üzrə məhkəmə prosesi keçirilib.

Femida.az -ın verdiyi xəbərə görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun icraatında olan prosesdə dövlət ittihamçısının çıxış edərək adıçəkilən şəxslərə cəza istəməsi gözlənilir.


Qafqazinfo. az xəbər verir ki, prokuror təqsirləndirilən şəxslərin hər birinin hərbi rütbələrindən azad olunmasını istəyib. Bunun üçün generallarla bağlı prezidentə, digər rütbəli şəxslərlə bağlı müvafiq qurumlara təqdimat verilməsini istəyib. Dövlət Təhlükəsizlik Xidmətinin 1 milyon manatlıq mülki iddiasının təmin olunmasını istəyib. Zərərçəkən vətəndaşların mülki iddiları və təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulmuş əmlakları ilə bağlı qanuna uyğun olaraq qərar verilməsini xahiş edib.

Proses martın 1-də davam etdiriləcək.

Prokuror həmçinin N.Mirvətovanın məhkəmə zalında qandallanmasını tələb edib.

Femida.az

Açar sözlər: #Məhkəmə   #general   #MTN  

Oxunub: 2936