Azərbaycanda tanınmış məşqçinin vəziyyəti ağırlaşdı
21:38 22 Fevral 2018
“Atamın vəziyyəti ağırlaşıb. Durumu yaxşı deyil”. Bu sözləri apasport.az saytına açıqlamasında Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyevin oğlu Rüstəm Hacıyev deyib.
Mərkəzi Klinik Xəstəxanada ürəyindən əməliyyat olunan “Neftçi”nin sabiq baş məşqçisi Böyükağa Hacıyev bir neçə gün öncə “Modern Hospital”a köçürülüb. “Ağ-qaralar”ı Avropa Liqasının qrup mərhələsinə çıxararaq, Azərbaycan futbolunda ilkə imza atmış mütəxəssisin durumunun getdikcə yaxşılaşacağı güman edilsə də, əksinə olub. Belə ki, təcrübəli məşqçinin vəziyyəti gündən-günə ağırlaşır.
Atasının durumu haqda danışan Rüstəm bunları deyib: “Həkimlər ümidverici bir söz demirlər. Əvvəlki günlərlə müqayisədə atamın vəziyyəti pisləşib. Durumunun ağırlaşması həm ürəyi ilə, həm də beynindəki şişlə əlaqədardı”.
Qeyd edək ki, fevralın 7-də infarkt keçirən Böyükağa Hacıyev təcili əməliyyata alınaraq, ürəyinə stend qoyulub.
Oxunub: 963
Oxşar xəbərlər
- Premyer Liqa: "Zirə" "Səbail"i, "Neftçi" "Sabah"ı qəbul edəcək
- "Qarabağ" və "Neftçi"nin avrokubok oyunlarının başlama saatı açıqlanıb
- "Neftçi"nin keçmiş futbolçusu qəflətən vəfat etdi
- "Neftçi"də koronavirusa yeni yoluxma aşkarlandı
- "Neftçi"də daha bir yeni yoluxma aşkarlandı
- SOCAR: Neftçilər arasında koronavirusa kütləvi yoluxma müşahidə olunmur
- Prezidentin "Facebook" səhifəsində neftçilərlə bağlı paylaşım edilib
- Prezident İlham Əliyev neftçiləri təbrik edib
- Prezident: "Neftçilərimizin əməyi Azərbaycan xalqının maraqlarına xidmət edir"
- Xəzərdə itkin düşmüş neftçinin meyiti tapıldı