Gəncədə seçkilərə hazırlıq başlayıb


06:29     17 Sentyabr 2015 secki1.jpg

145 min 981 seçicisi olan şəhərdə Mərkəzi Seçki Komissiyasının təqvim planına əsasən seçki məntəqələri səsvermə gününə hazırlaşır.


Femida.az-ın məlumatına görə, 24 məntəqə üzrə 31924 seçicisi olan 37 saylı Nizami 1-ci Gəncə Dairə Seçki Komissiyasında parlament seçkilərinə qatılmaq üçün 3 nəfər müraciət edib. Dairə üzrə seçicilərin sayının səsvermə gününə qədər dəqiqləşdirilməsi üçün müvafiq işlər aparılır. 38 saylı Nizami 2-ci Dairə Seçki Komissiyasında bu günə qədər parlament seçkilərində iştirak etmək üçün 8 nəfər müraciət edib və onlarda 6-a imza vərəqləri paylanılıb. 34098 seçici 24 məntəqədə səs verəcək ki, onlardan da 10-da veb-kameralar quraşdırılıb.

29 mülki məntəqə üzrə 38055 seçici isə 39 saylı Kəpəz 1-ci Dairə Seçki Komissiyasında qeydə alınıb. Məntəqələrinin maddi texniki bazası gücləndirilməklə yanaşı texniki təminatı da aparılır. Məntəqələrdən 9-da veb kameralar işlək vəziyyətə gətirilib. 40 saylı Kəpəz 2-ci Dairə Seçki Komissiyasının məntəqələrində səsvermə kabinələri quraşdırılıb, tanınma və təşviqat lövhələri yaradılıb. 41904 seçicinin 30 məntəqədə səs verəcək. Gəncə şəhəri üzrə səsvermə hüququ olan 145 min 981 seçici qeydə alınıb ki, bu proses sentyabrın 20-də yekunlaşaraq siyahılar Mərkəzi Seçki Komissiyasına göndəriləcək.

Açar sözlər:

Oxunub: 781