DİM-dən müsahibəyə gəlməyənlərə XƏBƏRDARLIQ
23:34 22 Fevral 2018
Dövlət İmtahan Mərkəzi (DİM) dövlət qulluğuna qəbul üçün müsahibəyə gəlməyənlərə xəbərdarlıq edib.
DİM-dən Femida.az-a verilən məlumata görə, fevralın 22-də Mərkəz tərəfindən 11 yanvar tarixində elan edilmiş dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyatdan keçmiş namizədlərlə müsahibələr davam etdirilib.
Müsahibələr Bakı şəhəri, həmçinin DİM-in Gəncə, Şəki, Şirvan, Lənkəran regional bölmələri, Quba regional “ASAN” xidmət mərkəzi daxil olmaqla 16 müxtəlif yerdə təşkil edilib. Digər 2 bölgədə (Mingəçevir və Bərdə) müsahibələrin keçirilməsinə yaxın günlərdə başlanılacaq. Gün ərzində keçirilməsi nəzərdə tutulan 110 müsahibədən 68-i baş tutub, 42 namizədlə müsahibə isə onların gəlməməsi səbəbindən baş tutmayıb. Müsahibədə iştirak etmiş namizədlərdən 23-ü iddia etdiyi vəzifəyə uyğun hesab edilib.
Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün DİM və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Xüsusilə nəzərə almaq lazımdır ki, müsahibələr ilk dəfə olaraq regionlarda da keçirilir və bu məqsədlə DİM və dövlət orqanlarının nümayəndələri bu bölgələrə ezam olunurlar.
DİM namizədlərin nəzərinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar DİM-in məlumat bazasında qeydiyyata alınır.
Müsahibələrdə iştirak etmək istəməyən namizədlər müsahibə tarixinə 1 gün qalmış, səhər saat 10:00-dək müraciətlərini buradan ləğv etməlidirlər.
Namizədlərlə müsahibələr martın 16-dək davam edəcək.
Femida.az
Oxunub: 934
Oxşar xəbərlər
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
- Ulduzların əhatəsində Samsung-un təqdimatı!
- Hər kəsin uzun zamandır gözlədiyi təqdimat: “Samsung” növbəti dəfə təəccübləndirdi
- Sosial şəbəkədə özünü zabit kimi təqdim edən əsgər ordu sıralarından xaric edilib
- DİM abituriyentlərə ediləcək güzəştlərin detallarını açıqlayıb
- Özünü İmam Mehdi kimi təqdim edən şəxsin insanları necə aldatdığı məlum olub
- Bakıda özünü şəhid qardaşı kimi təqdim edən şəxs həbs olunub
- Bakıda xadimə işlədiyi evdən 24 min manat pul oğurlayıb
- DİM 25 339 abituriyent üçün qəbul imtahanı keçirəcək
- DİM iyulun 6-7-də imtahan verəcək abituriyentlərə müraciət edib