Azərbaycanlı müəllim idman dərsi üçün marş yazdı - VİDEO


02:20     23 Fevral 2018 2018/02/235er63745677887_1519321144.jpg

Fiziki tərbiyə dərsi üçün ilk dəfə marş yazılıb.


Bu fənni tədris edən müəllim dərsi daha maraqlı hala salmaq üçün belə bir yeniliyə imza atıb.
Qazax rayon İsmayıl Şıxlı adına Kosalar kənd tam orta məktəbinin idman müəllimi Rayət Əliyevin fiziki tərbiyə mövzusunda yazdığı əsər-marş məktəbin şagirdləri tərəfindən oxunur.

Məktəbin şagirdləri tərəfindən xorla oxunan marş hərbi-vətənpərvərliyin və fiziki tərbiyənin tərənnümü ilə diqqət çəkir.

Rayət Əliyev deyir ki, marşın ideyasının maraqlı tarixi də var.

Marşın sözləri müəllimin özünə, musiqisi isə musiqiçi Vahid Hocaya məxsusdur. Marş Müəllif Hüquqları Agentliyi tərəfindən qeydiyyata alınıb, Rayət Əliyevə müəlliflik hüququ verilib.

Rayət Əliyevin bu addımı həmin məktəbin müəllim və şagirdlərinin də böyük marağına səbəb olub.



Femida.az

Açar sözlər: #müəllim   #marş   #Qazax  

Oxunub: 4231