İnterpol azərbaycanlını axtarır


13:47     23 Fevral 2018 18_02_23_1519365047.jpg

İnterpol daha bir azərbaycanlı barədə axtarış elan edib.


Femida.az xəbər verir ki, 1967-ci il təvəllüdlü Şahin Hüseynov Göygöl rayonunda anadan olub. O, qətl törətməkdə təqsirləndirilir. Ş.Hüseynov barəsində hüquq-mühafizə orqanları cinayət işi başlasa da, təqsirləndirilən şəxs istintaqdan yayınıb. Nəticədə məhkəmə onun tutularaq istintaqa cəlb edilməsi üçün barəsində həbs qətimkan tədbiri seçib.

Həmin qərar əsasında da İnterpol Ş.Hüseynov barəsində beynəlxalq axtarış elan edib.

Femida.az

Açar sözlər: #İnterpol   #Polis   #Axtarış  

Oxunub: 767