Dünyada yaşamaq üçün ən ideal və ən pis şəhər müəyyənləşdi


14:28     23 Fevral 2018 18_02_23_1519367412.jpg


Avstriyanın paytaxtı Vyana 2016-cı ilin həyat səviyyəsinə əsasən dünyada yaşamaq üçün ən yaxşı şəhər seçilib.

"Mercer" şirkətinin araşdırmasına görə Vyana 230 şəhər arasından seçilib.

Siyahıda ilk beşliyə Vyanadan sonra İsveçrənin Sürix, Yeni Zelandiyanın Oklend, Almaniyanın Münhen və Kanadanın Vankuver şəhəri daxil olub. Ümumilikdə, siyahıda ilk 30-luqda yer alan şəhərlərin 7-si Almaniyanın, 5-i Avstraliyanın, 4-ü Kanadanın, 3-ü İsveçrənindir.

Bundan başqa, siyahıda Danimarkanın Kopenhagen, Hollandiyanın Amsterdam, İsveçin Stokholm, Belçikanın Brüssel və Norveçin Oslo şəhəri də yer alıb.

Siyahıda son 5-liyə düşən şəhərlər isə İraqın Bağdad, Sudanın paytaxtı Hartum, Haitinin paytaxtı Port-o-Prens, Yəmənin Səna və Mərkəzi Afrika Respublikasının paytaxtı Banqi şəhəri var.

Seçim zamanı şəhərlərdəki siyasi sabitlik, təhlükəsizlik, bank xidmətləri, mətbuatın vəziyyəti, insan haqlarının vəziyyəti, səhiyyə xidməti, təhsil səviyyəsi, nəqliyyat, əyləncə mərkəzləri, daşınmaz əmlak bazarı, iqlim və təbii fəlakətlər kimi bir çox faktorlar nəzərə alınıb./day.az

Femida.az

Açar sözlər: #Vyana   #Bağdad   #şəhər   #dünya  

Oxunub: 1626