Bakıda avtobuslar niyə ləngiyir? - Səbəb AÇIQLANDI


15:03     23 Fevral 2018 bakubas.jpg

Bakının bir neçə yolunda nəqliyyatın hərəkətində sıxlıq olduğundan avtobusların hərəkətində ləngimə baş verib.


Femida.az xəbər verir ki, bu barədə "BakuBus" MMC məlumat yayıb.

"Hal-hazırda 28 May küçəsi - Rəşid Behbudov küçəsi kəsişməsi istiqamətində, Rəşid Behbudov küçəsi - Mərkəzi Bankın qarşısı, Tbilisi prospekti, Heydər Əliyev prospekti, Afiyəddin Cəlilov küçəsində avtomobil sıxlığı müşahidə olunduğundan bu istiqamətdə hərəkət edən marşrut avtobuslarımızın intervallarında müvəqqəti ləngimələr baş verib", - məlumatda qeyd olunub.


Femida.az

Açar sözlər: #Bakı   #marşrut   #avtobus  

Oxunub: 611