Bakıda 1 yaşlı uşağın qarnına mil batdı - FOTOLAR


15:31     23 Fevral 2018 2018/02/031519370194-(1)_1519371210.jpg

Bakıda 1 yaşında uşaq toxumaq üçün istifadə olunan milin üstünə yıxılıb və nəticədə daxili qanaxma başlayıb.


Femida.az xəbər verir ki, bu barədə Modern.az-a danışan Op.Dr. Fuad Hüseynov hadisədən dərhal sonra ailənin həkimə müraciət etdiyini deyib:

“Müayinə zamanı milin göbək üstündən batdığını gördük və uşaq təcili əməliyyata alındı. Əməliyyat zamanı milin nazik bağırsağı və bağırsağı qidalandıran damarları deşdiyini və buna bağlı daxili qanaxma olduğunu gördük . Mili çıxartdıq, bağırsaqdakı dəlikləri tikdik və qanaxmanı dayandırdıq”.

Həkimin sözlərinə görə, dəcəl bala 2 gün sonra tam sağlam şəkildə evinə yola salınıb.






Femida.az

Açar sözlər: #Bakı   #Uşaq   #Həkim  

Oxunub: 787