İki nəfər yolda can verdi - PİYADA ÖLÜMÜ


15:41     23 Fevral 2018 piyada8.jpg

Sumqayıtda və Balakəndə iki nəfəri maşın vuraraq öldürüb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, fevralın 23-də saat 1 radələrində Sumqayıt şəhəri ərazisində şəhər sakini Kənan Nəsirov idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən həmyerlisi Məmməd Balayevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Piyadanın vurulması ilə nəticələnən daha bir yol qəzası Balakən rayonunun Katex kəndində qeydə alınıb. Rayon sakini Şaban Cöngözov idarə etdiyi “Zil” markalı dövlət qeydiyyat nişanları olmayan avtomobillə yolun kənarında dayanmış həmyerlisi Fərhad Ömərovu vurub və piyada hadisə yerinə ölüb

Hər iki faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Qəza   #Piyada  

Oxunub: 828