Əlillərə pulsuz hüquqi yardım göstərilib
16:29 23 Fevral 2018

Azərbaycanda əlilliyi olan şəxslərə pulsuz hüquqi yardımın göstərilməsi ilə bağlı layihə həyata keçirilib.
ABŞ-ın Azərbaycandakı səfirliyindən Femida.az-a verilən məlumata görə, səfirlik GÜLSAM Əlillərin Reabilitasiyası İctimai Birliyinə "İnsan haqqları üçün hüquqi yardım və təhsil" adlı layihənin icrası üşün dəstək göstərib.
Layihə 6 ay ərzində Ağsu, Cəlilabad, Salyan və Bakıda keçirilib. Layihənin məqsədi hər bir regionda 15-20 nəfərə çataraq onları əmək qanunvericiliyi, əlilliyi olan şəxslərlə bağlı qanunlar, təhsil hüquqları və s. haqqında hüquqi yardım və biliklə təmin etmək olub.
2017-ci ilin mayında başlayan layihə çərçivəsində tam təlim kursu və fərdi məsləhətləşmə sessiyalarında öz hüquqlarını öyrənmiş 200 nəfər iştirak edib.
Femida.az
Oxunub: 921
Oxşar xəbərlər
- Cozef Bayden ABŞ-da 5 günlük matəm elan etdi
- Abşeronda quldurluq edən dəstə üzvləri tutulub - FOTO
- Zərif ABŞ ilə danışıqlara qayıtmaq şərtini açıqlayıb
- ABŞ-da şaxtalı hava səbəbindən ölənlərin sayı 58-ə çatıb
- ABŞ-ın daha bir şəhərinin meri Xocalı ilə bağlı qərar verdi
- Bakıda və Abşeronda avtomobil yanıb
- Milli Məclis üzvləri ABŞ senatorlarının Cozef Baydenə məktubu ilə bağlı bəyanat yaydı
- Fevralın 26-sı ABŞ-ın Minnesota ştatında Azərbaycan Günü elan edildi
- Bakı, Sumqayıt və Abşeronda fevral ayının pensiyaları ödənildi
- ABŞ-da son sutkada 86 646 nəfər koronavirusa yoluxub