Mingəçevirdə qadın narkobaron tutuldu


17:23     23 Fevral 2018 hebs_qadin_0451.jpg

Mingəçevir və Yevlaxda narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində tədbirlər keçirilib.


Femida.az-ın xəbərinə görə, Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Pərvinə Əkbərova narkotik vasitə olan heroin satarkən yaxalanıb. Onun yaşadığı evdə əlavə olaraq, yarım kiloqrama yaxın marixuana, tiryək, heroin və metamfetamin aşkarlanıb.

Tədbirlərlə həmin qadının narkotiki əldə etdiyi mənbə də müəyyənləşdirilib. Ona satmaqda şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş Ceyhun Məmmədzadə də saxlanılıb. Onun yaşadığı evdə aparılan əməliyyat-axtarış tədbirləri zamanı oradan da heroin aşkarlanaraq, götürülüb.

Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Aran qəsəbə sakini, əvvəllər məhkum olunmuş Rafiq Məmmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 496 qram marixuana götürülüb.

Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.

Faktlarla bağlı cinayət işləri başlanılıb.


Femida.az

Açar sözlər: #Mingəçevir   #Yevlax   #narkotik  

Oxunub: 890