Əbülfəs Qarayev vətəndaşları qəbul edib


17:34     23 Fevral 2018 ebulfez-qarayev-liderxeber-6402.jpg

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Göyçay rayonundakı Heydər Əliyev Mərkəzində Ağdaş, Göyçay, Ucar və Zərdab rayonlarından olan vətəndaşları qəbul edib.



Femida.az-ın xəbərinə görə, vətəndaşlar nazirlə görüşdə müxtəlif məsələlərlə bağlı xahiş və təkliflərini səsləndiriblər.

Müraciətlər əsəsən yerlərdə uşaq musiqi və incəsənət məktəblərinin fəaliyyəti, tarixi və mədəniyyət abidələrinin bərpası, muzey ekspozisiyalarının tərtibatı, yerlərdə turizmin inkişafı, bölgələrdəki bəzi tarixi mədəniyyət abidələrinin turizm marşrutuna salınması, kitabxanalara yeni kitabların verilməsi, Ağdaş Tarix-Diyarşünaslıq Muzeyində təmir-bərpa işlərinin aparılması, musiqi məktəblərinin yeni musiqi alətləri ilə təminatı və infoturların təşkili, mədəniyyət işçilərinə fəxri adların verilməsi, yerlərdə yeni muzeylərin yaradılması, yeni yaradılan folklor qrupu üçün milli geyimlərin alınması, kənd kitabxanalarının kompüter və internetlə təmin edilməsi və digər məsələlərlə bağlı olub.

Ə. Qarayev əhali ilə belə görüşlərin yerlərdə vəziyyətin öyrənilməsi, mövcud problemlərin operativ həlli baxımından əhəmiyyətini yüksək qiymətləndirib. O, qəbul zamanı sosial məsələlərlə bağlı səslənən müraciətlərə baxılacağını və həllinə kömək edilməsi üçün aidiyyəti instansiyalara çatdırılacağını söyləyib.

Femida.az

Açar sözlər: #ƏbülfəsQarayev   #vətəndaşlar  

Oxunub: 1329