Şöbə müdirini öldürmək istəyən şəxsə AĞIR CƏZA


18:22     23 Fevral 2018 2018/02/hokm-mehkeme_1519381542.jpg

Quba Rayon İcra Hakimiyyətinin şöbə müdiri Nizaməddin Əmrullayevi öldürməyə cəhddə təqsirləndirilən Şakir Mədətovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Femida.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hakimlər kollegiyasının hökmü ilə Şakir Mədətov 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il Qubada baş verib. Quba Rayon İcra Hakimiyyətinin şöbə müdiri Nizaməddin Əmrullayev bir neçə bıçaq zərbəsi alıb. Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan Şakir Mədətov İkinci Nügədi kənd sakinidir.

Hadisə elə həmin kənddə baş verib. Belə ki, icra hakimiyyətinin şöbə müdiri də həmin kəndin sakinidir və bu iki həmkəndli arasında torpaq sahəsi üstündə mübahisə düşüb. Nəticədə Mədətov Əmrullayevi bıçaqlayıb.

Belə ki, Mədətov meşəlik ərazidə istirahət mərkəzi işlədirmiş. Həmin əraziyə yaxın yerdə şöbə müdirinin də obyekti olub. Mübahisə də bu səbəbdən başlayıb.

Ş.Mədətov Cinayət Məcəlləsinin 29.120-ci (adam öldürməyə cəhd) maddəsi ilə ittiham edilir.

Femida.az

Açar sözlər: #Hökm   #Məhkəmə   #Hakim   #Cəza  

Oxunub: 683