Xarici ticarət dövriyyəsi açıqlandı


10:09     17 Sentyabr 2015 17941.jpg

Yanvar-iyul aylarında Azərbaycan dünyanın 142 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 94 ölkəyə məhsul ixrac edib, 127 ölkədən idxal həyata keçirib.


Femida.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, xarici ticarət əlaqələri iştirakçılarının 45-i Avropa, 28-i Amerika, 41-i Asiya ölkələri, 28-i isə digər ölkələrdən olub. Yeddi ay ərzində xarici ticarət dövriyyəsinin həcmi 15953,3 milyon ABŞ dolları, o cümlədən ixracın həcmi 10647,9 milyon dollar, idxalın həcmi 5305,4 milyon dollar təşkil edib. Nəticədə 5342,5 milyon dollarlıq müsbət xarici ticarət saldosu yaranıb.

İxrac edilən məhsulların ümumi həcmində xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, şəkər, alüminium və ondan hazırlanan məmulatlar, plastik kütlə və ondan hazırlanan məmulatlar, kimya sənayesi məhsullarının, idxal olunmuş məhsulların həcmində isə ərzaq məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, nəqliyyat vasitələri və onların hissələrinin xüsusi çəkisi üstünlük təşkil edib.

Yanvar-iyul aylarında qeyri-neft məhsullarının ixracı 2014-cü ilin eyni dövrü ilə müqayisədə 11,4 faiz artaraq 973,4 milyon dollar olub.

Açar sözlər:

Oxunub: 1397