Bakıda qanunsuz məscid aşkarlandı - DTX və DİN hadisə yerində (FOTO)


21:10     23 Fevral 2018 2018/02/1512dfd_1519391671.jpg

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının birgə iştirakı ilə dini qurumların fəaliyyət qaydasının pozulması haqqında daxil olan məlumatın yoxlanılması məqsədilə fevralın 22-də Xəzər rayonu, Buzovna qəsəbəsi, N.Əliyev küçəsində yerləşən “İmam Zeynalabdin” adı ilə fəaliyyət göstərən qeyri-qanuni ibadət yerinə baxış keçirilib.


DQİDK-dan Femida.az-a verilən məlumata görə, baxış əsnasında qanuna zidd qaydada dini ayinlərin icrası, eləcə də “Dini etiqad azadlığı haqqında” qanunun müvafiq maddələrinin pozulduğu aşkar edilib.

Bununla bağlı qeyd edilən ünvanda qeyri-qanuni olaraq dini ayin icra edən Əhmədov Fərhad Naid oğlu barəsində DQİDK-nın əməkdaşları tərəfindən İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə məhkəməyə göndərilib.



Femida.az

Açar sözlər: #DTX   #Polis   #DİN   #DQİDK  

Oxunub: 2640