Əfqanıstanda bir sutka ərzində azı 70 silahlı öldürülüb


21:50     23 Fevral 2018 efqanistan%20ordu.jpg

Əfqanıstan Müdafiə Nazirliyi ölkənin bir neçə əyalətində keçirilən əməliyyatlar nəticəsində bir sutka ərzində azı 70 silahlının öldürüldüyünü iddia edir.


Femida.az xəbər verir ki, Əfqanıstanın Hərbi Hava Qüvvələri silahlıların dislokasiya olunduğu rayonlara 73 hava hücumu təşkil edib.

Lakin nazırlik Əfqanıstanın təhlükəsizlik qüvvələri arasında itkilər barədə heç bir məlumat vermir.

Qeyd edək ki, 2014-cü ildə Amerikanın hərbi kontingenti Əfqanıstanı tərk etdikdən sonra ölkənin cənub rayonlarının bir çoxu "Taliban” hərəkatının nəzarətinə keçib. Son zamanlar bəzi kənd rayonlarında üstünlüyə yiyələnən yaraqlılar böyük şəhərlər istiqamətində də hücumlarını davam etdirir. Belə ki, ölkənin şimalındakı Qunduz şəhərini və hökumət qüvvələrin forpostu sayılan Sanqin şəhərini ələ keçirən taliblər hazırda Kabildən cənub-qərbdə yerləşən Qəzni əyalətinin eyni adlı administirativ mərkəzi uğrunda döyüşlər aparır. Həmçinin regionda İŞİD qruplaşması da aktiv fəaliyyət göstərir.

Femida.az

Açar sözlər: #Əfqanıstan   #təhlükəsizlik  

Oxunub: 694