Afrindən SON MƏLUMAT


23:18     23 Fevral 2018 2018/01/afrin-turk-ordu_1516864032.jpg

Türkiyə Silahlı Qüvvələri (TSQ) və Azad Suriya Ordusu (ASO) tərəfindən Suriyanın Afrin bölgəsində keçirilən “Zeytun budağı” əməliyyatında zərərsizləşdirilən terrorçu sayı 1873-a çatıb.


Femida.az TRT-yə istinadən xəbər verir ki, gün ərzində 44 terrorçu məhv edilib.

Bundan başqa, Bafler və Maskah kəndləri də azad edilib.

Bununla da əməliyyatın başladığı 20 yanvar tarixindən etibarən 20-si strateji yüksəklik, 73-ü kənd olmaqla ümumilikdə 101 məntəqə terrorçulardan təmizlənib.

Hazırda TSQ və ASO-nun Afrinin mərkəzinə doğru irəliləyişi davam edir.

Açar sözlər: #Türkiyə   #Afrin  

Oxunub: 845