ABŞ-da hicablı basketbolçu oyuna buraxılmadı


00:15     24 Fevral 2018 18_02_23_1519401593.jpg

ABŞ-ın Filadelfiya ştatında məktəblərarası basketbol turnirində hicablı basketbolçuya oynamağa icazə verilməyib.


Femida.az Maide-yə istinadən xəbər verir ki, 16 yaşlı Nasih Tompson meydana çıxmaq istəyərkən hakim ona yaxınlaşıb və hicabla oynamasına icazə verməyəcəyini deyib.

Məlumata görə, idmançı qızdan hicab üçün xüsusi icazə kağızı tələb edilib.

Qızın valideynləri bu məsələni hüquqi müstəviyə daşıyacaqlarını və sona qədər mübarizə aparacaqlarını söyləyiblər.

Məlumat üçün bildirək ki, basketbol üzrə tənzimləyici qurumlar basketbolçuların hicabla oynamağına icazə verir.

Açar sözlər:

Oxunub: 643