Daha bir qəza Oğuzda - Xəsarət alan var


13:54     24 Fevral 2018 qeza_yeni.jpg

Oğuz rayonunda baş verən yol-nəqliyyat hadisəsində 1 nəfər ağır xəsarət alıb.


Fevralın 23-dən 24-nə keçən gecə Şəki şəhər sakini, 1983-cü il təvəllüdlü Rüstəm Xudaverdi oğlu Hacısəlimov idarə etdiyi BMW markalı minik avtomobili ilə Qaraməryəm-İsmayıllı-Şəki magistiral yolunun Oğuz rayonunun Bayan kəndi ərazisindən keçən hissəsində Şəki rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını yolun kənarındakı ağaca çırpıb. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan Rüstəm Hacısəlimov Şəki Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub, müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır.


Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Dövlət Yol Polisi İdarəsinin Baş İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Qəza   #Oğuz  

Oxunub: 933