Ölən insan kimi danışa biləcək robot yaradılır


14:27     24 Fevral 2018 18_02_24_1519453735.jpg

İsveçdə proqramçılar ölən insanın elektron nüsxəsi ola biləcək robot yaradırlar.



İlkin olaraq araşdırmaçılar dəfn mərasimlərinin təşkil edilməsi ilə bağlı yaxınların və qohumların suallarına cavab verə biləcək səsli proqram yaratmaqla bağlı planlara malik idilər.

Ancaq sonradan proqramçılar ölən şəxsin səsi ilə danışa və sadə söhbətlər apara biləcək robotun yaradılması ilə bağlı qərar qəbul ediblər. Neyron şəbəkəsi ona ünvanlanmış sualı tanıya biləcək və ölən insanın yaşadığı həyatı zamanı onun tərəfindən səsləndirilmiş deyimləri sözlər bazasından taparaq səsləndirəcək.

Proqramçılar layihə üzərində İsveçin “Feniks” dəfn mərasimlərinin təşkil üzrə şirkətlər şəbəkəsi ilə birgə çalışır. Şirkətin növbəti addımı ölən insanın tam dolğun oxşarı olacaq robotun yaradılması olacaq.

Femida.az

Açar sözlər: #Maraqlı  

Oxunub: 837