Azərbaycanda idmançı qollarını doğradı - Müəmmalı intihar


14:30     24 Fevral 2018 18_02_24_1519453818.jpg

Mingəçevirdə Rusiyadan olan idmançı özünə qəsd edib.

Femida.az report-a istinadən xəbər verir ki, hadisə axşam saatlarında "Kür" Olimpiya İdman Tədris Mərkəzində baş verib.

Belə ki, avarçəkmə üzrə Rusiya yığmasının adı hələ dəqiqləşdirilməmiş təmsilçisi qollarını doğrayaraq intihara cəhd edib.

Yaralı təcili xəstəxanaya çatdırılıb. Hadisənin əsl səbəbi, hələ ki, məlum olmasa da, onun sərxoş vəziyyətdə olduğu deyilir.

Qeyd edək ki, hazırda avarçəkmə üzrə Rusiya yığması Mingəçevirdəki tədris mərkəzində təlim keçir.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: #idmançı   #intihar   #kriminal  

Oxunub: 1960