"Gələcəyin prezidentinə dərs deyirəm" - Millət vəkili


15:28     24 Fevral 2018 aydin%20m6.jpg

Millət vəkili Aydın Mirzəzadə eyni zamanda Dövlət İdarəçilik Akademiyasının müəllimi, parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini, Yeni Azərbaycan Partiyası İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İctimai Etimad Şurasının sədridir.

Femida.az xəbər verir ki, o, Teleqraf.com-a müsahibəsində bu qədər işi necə çatdırırsız sualına maraqlı cavab verib:

"Bu gün səhər Dövlət İdarəçilik Akademiyasında iki qrupa dərs demişəm. Günorta akademiyanın kafedra müdiri, professor Akif Bayramovun 80 illik yubileyində iştirak etmişəm. Bir neçə media orqanına müsahibə vermişəm. Bir qədər internet izləmişəm, hal-hazırda da Sizin qonağınızam. Mən hansısa qeyri-adi bir mexanizm kəşf etmirəm. Sadəcə olaraq vaxtımdan səmərəli istifadə edirəm. Məsələn, imkan olduqca internet materiallarını izləməyə çalşıram. İkincisi, məsul olduğum işə sözün əsl mənasında məsuliyyətlə yanaşmağa çalışıram. Nə dərəcədə alındığını deyə bilmərəm. Amma əgər mən İdarəçilik Akademiyasının müəllimiyəmsə, hesab edirəm ki, gələcəyin mümkün prezidentinə dərs deyirəm. Mən hər bir tələbəmdə gələcəyin dövlət başçısını, çox görkəmli ziyalısını, ölkənin böyük problemini həll edəcək kişisini, ən əsası yaxşı bir vətəndaşını görməyə çalışıram və dərsləri bu daxili məsuliyyətlə keçirəm. Əlbəttə, artıq qurulmuş bir sistem var və həmin sistemlə getməyə çalışıram".

Femida.az

Açar sözlər: #Aydın_Mirzəzadə   #deputat   #millət_vəkili   #prezident  

Oxunub: 2780