Bakıda gecə ilə ağacları kəsdilər - Cinayət işi açıldı


15:40     24 Fevral 2018 2018/02/kulek_agac_1519458172.jpg

Fevralın 22-də gecə saatlarında paytaxtın Nizami rayonunun Q.Qarayev prospekti ev 59-un qarşısında 4 ədəd küknar ağacı kəsilib.


DİN-dən Femida.az-a verilən məlumata görə, faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 259-cu (Qanunsuz ağac kəsmə) maddəsi ilə cinayət işi başlanılıb.

24-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə ağacları qanunsuz kəsməkdə şübhəli bilinən Bakı şəhər sakini Rüfət Novruzov müəyyən edilərək saxlanılıb.

Femida.az

Açar sözlər: #Ağac   #DİN   #Polis  

Oxunub: 1147