Bakıda su çəni üstündə kütləvi dava - Yaralananlar var (VİDEO)


16:06     24 Fevral 2018 18_02_24_1519459794.jpg

Çənin su buraxması üstündə 20-yə yaxın şəxs arasında dava düşüb, üç nəfər xəsarət alıb.


Femida.az-ın Xezerxeber.az-a istinadən məlumatına görə, hadisə gecə saatlarında paytaxtın Binəqədi rayonu, Xocahəsən qəsəbəsindəki yaşayış evlərinin birində baş verib.





Sözügedən qəsəbədə fərdi yaşayış evində kirayə qalan 25 yaşlı Səfər Səfərov öz ad gününü qeyd etmək üçün bacılarını ailəvi evinə qonaq çağırıb. Qonaqlıq zamanı qonşuluqda yaşayan yaşlı kişi Səfər Səfərovgilə gələrək bildirib ki, onun həyətindəki çən su buraxır və nəticədə həmin su onların həyətinə axır. Səfər Səfərov problemi həll edəcəyinə söz versə də, qonşusunun kobud davranışı ilə üzləşib.


Daha sonra həmin yaşlı şəxs ətrafına təqribən 15-20 nəfər yığaraq Səfər Səfərovun yaşadığı evə gəlib və tərəflər arasında dava düşüb. Kütləvi dava zamanı evdə qonaq olan Türkiyə vətəndaşı Səlçuk Yoldəmir onun həyat yoldaşı 6 aylıq hamilə olan Sevinc Yoldəmir və Səfər Səfərov döyülərək müxtəlif bədən xəsarətləri alıb. Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.


Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən iki nəfəri saxlayıb. Hazırda hadisənin dəqiq təfərrüatı araşdırılır.

Femida.az

Açar sözlər: #Dava   #Kütləvi   #Polis   #Video   #YouTube    

Oxunub: 1767