Deputatdan narazılıq: Bizdə benzin niyə bahadır?

Deputatdan narazılıq: "Bizdə benzin niyə bahadır?"

12:28     24 Fevral 2018 benzinin%20qiymeti.jpg

“Rusiyada bezninin qiyməti bizdən 26% aşağıdır, amma əmək haqqı 2,1 дəfə yüksəkdir. Qazaxıstanda isə 6% bizdən ucuzdur, əmək haqqı isə 1,5 dəfə bizdən yüksəkdir”. Femida.az xəbər verir ki, bu sözləri deputat Əli Məsimli Bizim Yol-a bildirib.

“Mən, Milli Mclisin dünənki iclasında dedim ki,benzinin qiymətini qaldıranda rəsmilər çox vaxt deyir ki,bizdə benzinin qiyməyi ucuzdu. Qiyməti qaldırıb benzinin keyfiyyətini yaxşılaşdıracağıq. Qiymət qalxır,amma benzinin keyfiyyəti yaxşılaşmır. Düzdür, bizdə benzinin qiyməti orta dünya göstəricisindən(1,1 dollar) və inkişaf etmiş ölkələrdəkindən ucuzdur.

Amma biz özümüzü Rusiya və Qazaxıstanla müqayisə etsək və bizdə benzinin keyfiyyətinin aşağı olduğunu və orta gəlirləri də da ora əlavə etsək,onda bizdə qimət bahadır. Rusiyada bezninin qiyməti bizdən 26% bahadır, amma əmək haqqı 2,1 dəfə yüksəkdir. Qazaxıstanda isə bizdəkindən 6% ucuzdur, əmək haqqı isə bizdəkindən 1,5 dəfə yüksəkdir.

Deməli keyfiyyət də, gəlirlərimiz də onlardakından aşağı olduğundan,bizdə Aİ -92 benzinin1 litrinin qiyməti rəsmən 90 qəpik olsa da,əslində bundan yüksək çıxır və həmin ölkələrdəkindən bahadır”.- deyə o əlavə edib.

Femida.az

Açar sözlər: #benzin   #deputat   #Azərbaycan  

Oxunub: 1007