Məhv edilən terrorçu sayı 2000-ə yaxınlaşır - Afrində SON DURUM


16:44     24 Fevral 2018 18_02_24_1519461812.jpg


Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində keçirdiyi “Zeytun budağı” əməliyyatı çərçivəsində zərərsizləşdirilən terrorçuların sayı 1931 nəfərə çatıb.

Femida.az-ın məlumatına görə, bu barədə Türkiyə SQ Baş Qərargahı xəbər yayıb.

Məlumatda bildirilir ki, son sutkada 58 terrorçu məhv edilib.

Qeyd edək ki, Baş Qərargahın terrorçulardan azad edilən məntəqələrin sayı ilə bağlı ötən gün açıqladığı son rəqəm 100 olub.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Femida.az

Açar sözlər: #ordu   #Türkiyə   #Afrin   #terror   #Suriya  

Oxunub: 1605