Tovuzdakı yanğında ölən ər-arvad qətlə yetirilibmiş - CİNAYƏT
17:01 24 Fevral 2018
Tovuz şəhərində yanğın nəticəsində ər-arvadın ölməsi barədə xəbər vermişdik. Hadisənin təfərrüatı müəyyən olub. Belə ki, cütlük yanğın nəticəsində deyil, qətlə yetirilərək öldürülüb.
Hüquq-mühafizə orqanlarından Femida.az-a verilən məlumata görə, meyiti aşkarlanan 1950-ci il təvəllüdlü Pakizə Mirzəyevanın əl-ayağı və ağzı lentlə bağlı imiş. Bundan başqa, P. Mirzəyeva və onun həyat yoldaşı, 1945-ci il təvəllüdlü Fərman Məmmədovun cəsədləri ayrı-ayrı otaqlarda tapılıb. Kişinin baş, qadının isə bədən nahiyələrində yanıq xəsarətləri olub.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar. P. Mirzəyeva AFFA-nın keçmiş prezidenti, mərhum Ramiz Mirzəyevin bacısıdır və o, Tovuz rayon Poliklinikasında həkim işləyirdi.
Qeyd edək ki, yanğın hadisəsi ötən gecə Tovuz şəhərində ümumi sahəsi 320 kvadrat metr olan ikimərtəbəli evdə baş verib. Hadisə yerinə rayon Yanğından Mühafizə hissəsinin əməkdaşları və texnikası cəlb olunub. Alov tez bir zamanda söndürülüb.
Femida.az
Oxunub: 1447
Oxşar xəbərlər
- Kəlbəcər və Tovuz istiqamətlərində mövqelərimiz atəşə tutulub
- İsmayıllı və Tovuzda qanunsuz ağac kəsilməsi aşkarlanıb
- Tovuzda ağır yol qəzası olub, ölən və xəsarət alanlar var
- Tovuzda avtomobillər toqquşub, xəsarət alan var
- Tovuzda toyda mübahisə düşüb, bıçaqlanan var
- Tovuzda gənc oğlan özünü asaraq intihar edib
- Tovuz sakinini elektrik cərəyanı vuraraq öldürüb
- Ermənistan Azərbaycan Ordusunun Tovuzdakı mövqelərini atəşə tutub
- Ermənistan ordusu Tovuzu atəşə tutub
- Tovuzda 54 yaşlı qadın zəhərlənib, vəziyyəti ağırdır