Meksikada universitetdə atışma olub, ölənlər var


17:36     24 Fevral 2018 2018/02/5a9122fe9a1f7_1488097317_1519465651.jpg

Meksikanın paytaxtında universitetdə silahlı insident baş verib.


Femida.az
-ın "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, ölkənin ən iri UNAM universitetinin ərazisində qeydə alınan atışma nəticəsindəiki gənc öldürülüb.

20 və 29 yaşında olan oğlanlar universitetin mühafizəçiləri tərəfindən yaralı vəziyyətdə aşkarlanıb. Onlar xəstəxanaya çatdırılsalar da, həyatlarını xilas etmək mümkün olmayıb.

İlkin ehtimala əsasən, söhbət cinayətkar qrupların qarşıdurmasından gedir. Ölənlər tələbə və yaxud universitet işçiləri deyillər. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Meksika   #insident   #Atışma  

Oxunub: 410