Gömrük qaydalarını pozan 68 şəxs aşkarlanıb


18:06     24 Fevral 2018 gomruk4.jpg

2018-ci ilin yanvar ayında gömrük qaydalarını pozan 68 şəxs aşkarlanıb.


Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Femida.az-a bildirilib ki, bu ilin yanvar ayında 41 qaçaqmalçılıq faktı qeydə alınıb. Bu faktlardan 12-si narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədardır. Həmçinin aşkar edilən inzibati xəta faktlarından 467-si malların, nəqliyyat vasitələrinin və onlara aid sənədlərin çatdırılmaması, 31 fakt isə gizli keçirməyə aiddir.

Femida.az

Açar sözlər: #Gömrük   #Narkotik   #Psixotrop  

Oxunub: 709