Somalidə partlayış: azı 20 nəfər həlak olub


18:18     24 Fevral 2018 2018/02/somali1_1519466336.jpg

Somalinin paytaxtı Moqadişoda törədilən iki partlayış nəticəsində azı 20 nəfər həlak olub, 20 nəfər yaralanıb.


Femida.az məlumat verir ki, bu barədə "Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Məlumatda bildirilir ki, partladılan avtomobillərdən biri prezident sarayının, digəri şəhərdəki otellərdən birinin yaxınlığında olub. Partlayışların ardınca isə atışma baş verib.

Partlayışlara görə məsuliyyəti "Əl-Qaidə” ilə sıx əlaqələri olan "Aş-Şabab” terror qruplaşması öz üzərinə götürüb.

Femida.az

Açar sözlər: #avtomobil   #Moqadişo   #Somali  

Oxunub: 620