Daha 2 kənd YPG-dən alındı


18:33     24 Fevral 2018 2018/01/afrin-turk-ordu_1516864032.jpg

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyanin Afrin bölgəsində apardığı "Zeytun Budağı" əməliyyatı çərçivəsində yeni əraziləri YPG-dən aldığı açıqlanıb.

Bu barədə TSQ məlumat verib. Alınan yerlərin Əbu Kabə və Hacılar kəndləri olduğu bildirilib. Bununla da "Zeytun Budağı" əməliyyatının başlanğıcından bu yana 103 nöqtə YPG-dən alınmış olub.


Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri prezident Rəcəb Tayyib Ərdoğanın verdiyi bir həftəlik müddətin bitməsindən dərhal sonra Afrinə qarşı əməliyyatı 20 yanvarda başlatmışdı.


Femida.az

Açar sözlər: #Afrin   #YPG   #Türkiyə  

Oxunub: 513