Prezidentliyə namizədlərin sayı 15-ə çatdı


20:30     24 Fevral 2018 msk1.jpg

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında aprelin 11-ə təyin edilmiş prezident seçkilərində iştirak etmək istəyən daha 2 nəfərin namizədliyinin irəli sürülməsi təsdiq edilib.


Femida.az-ın məlumatına görə, iclasda prezidentliyə namizədliyi Vətəndaş və İnkişaf Partiyası tərəfindən irəli sürülmüş Əli Əliyevin və prezidentliyə namizədliyi Azərbaycan Demokrat Partiyası tərəfindən irəli sürülmüş Sərdar Məmmədovun namizədliyinin irəli sürülməsinin təsdiq edilməsi məsələsinə baxılıb.

MSK-nın katibi Arifə Muxtarova bildirib ki, Ə.Əliyevin və S.Məmmədovun prezidentliyə namizədliyinin irəli sürülməsinin təsdiq edilməsi üçün hüquqi əsaslar mövcuddur. Məsələ səsə qoyulub və təsdiq edilib.

Daha sonra Vətəndaş və İnkişaf Partiyasının və Azərbaycan Demokrat Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınıb.

Bununla da Azərbaycanda prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiq olunanların sayı 15 nəfərə çatıb.

Femida.az

Açar sözlər: #MSK   #Prezident  

Oxunub: 1007