“Rexona”nın içindən tiryək çıxdı


20:48     24 Fevral 2018 2018/02/tiryek-narkotik_1519476724.jpg

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycana piyada gələn İran vətəndaşının əl çantasındakı əşyalara baxış keçirilib.


Dövlət Gömrük Komitəsindən Femida.az-a verilən məlumata görə, yoxlama zamanı üzərində "Rexona" yazısı olan antiperspirantın içərisindən, gömrük nəzarətindən gizlədilən, 4 ədədselofan bükümdə xalis çəkisi 12,006 qram narkotik vasitə - tiryək aşkar edilib.

Femida.az

Açar sözlər: #DGK   #Tiryək  

Oxunub: 1204