Gəncədə mərmi tapılıb


21:32     24 Fevral 2018 1407992831_top-mermisinin-govdesi-tapilib-cenubnews.jpg

Fevralın 24-də Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyinə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Gəncə şəhəri, Kəpəz rayonu, Qaraqoyunlu küçəsi döngə 1 ünvanında 1 ədəd mərminin tapılması barədə məlumatlar daxil olub.


ANAMa-dan Femida.az-a verilən xəbərə görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən ərazidə qazıntı aparılan hissəyə baxış keçirilib və 1 ədəd 115 mm-lik top mərmisi (OF-27) aşkar olunaraq zərərsizləşdirilməsi üçün agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş partlamamış hərbi sursatın ətrafında 200 kv.m əraziyə yerüstü baxış keçirilib və əlavə təhlükəli əşya, qurğu aşkar edilməyib.

Femida.az

Açar sözlər: #Gəncə   #mərmi  

Oxunub: 439