Dünyanın ən hündür binası tikilir (VİDEO+FOTO)


03:48     25 Fevral 2018 18_02_24_1519479274.jpg

Səudiyyə Ərəbistanında dünyanın ən hündür binası inşa olunur.

"Jeddah Tower" və ya "Bürc əl Məmləkə" adlanan bu bina Ciddə şəhərindən 32 km şimaldadır.

1007 metr yüksəkliyə malik, 252 mərtəbədən ibarət bina 80 min insanın yaşayacağı "Kingdom Center" adlı yeni yaşayış massivinin mərkəzi olacaq.

Qırmızı dənizin sahilindəki layihənin ümumi dəyəri 75 milyard səudi rialı, yəni 20 milyard dollardır.

Binanın layihəsi Edrian Smitin memarlıq bürosuna məxsusdur.

"Jeddah Tower"in 150-ci mərtəbəsində 30 metr diametrli "Səma ekyvanı" olacaq.



Femida.az

Açar sözlər: #hündür   #bina   #dünya   #rekord  

Oxunub: 3805