Bakıda evdən kişi meyiti tapılıb


21:44     24 Fevral 2018 meyit.PNG

Nəsimi rayonunda mənzildən 52 yaşlı kişinin meyiti tapılıb.


Femida.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonunda 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb və orada 1966-cı il təvəllüdlü Sultanov Elman İsayeviçin meyitini aşkarlayıb.

Meyit aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.

Femida.az

Açar sözlər: #Meyit   #Nəsimi   #FHN    

Oxunub: 600