Qoşqar zirvəsinə yürüş başladı - Xocalı soyqırımı yad ediləcək


22:41     24 Fevral 2018 18_02_24_1519481760.jpg

Xocalı faciəsinin 26-cı ildönümü ilə əlaqədar olaraq bir qrup gənc Qoşqar zirvəsinə yürüş keçirmək qərarına gəlib.

"Everest" İdman Klubunun təşkilatçılığı, Binəqədi rayon M.Ə. Rəsulzadə qəsəbəsi bələdiyyəsinin dəstəyi ilə gənclər zirvənin yerləşdiyi Daşkəsən rayonuna yola düşüblər.

Yürüş ilk olaraq Şəhidlər Xiyabanını ziyarət edilməsi ilə başlayıb.

İştirakçılar sabah zirvəyə çatıb orada faciə qurbanlarını yad edəcək. Gənclər Xocalı faciəsinin ildönümü üçün hazırlanmış gül çələngini zirvəyə qoyduqdan sonra geri qayıdacaqlar.

Qeyd edək ki, yürüş Azərbaycan Alpinizm Federasiyası və MÜdafiə Nazirliyi ilə razılaşdırılıb.









Femida.az

Açar sözlər: #Xocalı   #faciə   #dağ   #ekstremal   #idman   #yürüş  

Oxunub: 1466