Ağdamda ər-arvad zəhərləndi


23:37     24 Fevral 2018 zeherlenme.png

Ağdam rayonunda ər və arvad qazdan zəhərlənib.


Femida.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə rayonun Evoğlu kəndində baş verib.

Kənd sakinləri - 1934-cü il təvəllüdlü Əliyev Eldar Mütəllim oğlu və həyat yoldaşı, 1941-ci il təvəllüdlü Əliyeva Mahirə Ağa qızı qazdan zəhərləniblər. Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılsa da, vəziyyətləri ağır olduğundan ər və arvadı Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırıblar. M.Əliyevanın vəziyyəti ağırdır.

Femida.az

Açar sözlər: #Ağdam   #ƏrArvad   #zəhərlənmə    

Oxunub: 736