Beynəlxalq Federasiyaya azərbaycanlı rəhbər təyin olundu

Beynəlxalq Federasiyaya azərbaycanlı rəhbər təyin olundu


00:58     25 Fevral 2018 18_02_24_1519491451.jpg


Bu gün, Baş ofisi Bakı şəhərində yerləşən, Beynəlxalq Avrasiya Kombat Ciu-citsu Federasiyasınin idarə heyətinin qərarı ilə, Avrasiya Kombat Ciu-citsu federasiyasının yeni prezidenti Aqil Acalov seçildi.

Tədbiri çıxış nitqi ilə açan DİN İdman Cəmiyyətinin əlbəyaxa döyüş üzrə baş məşqçisi, Azərbaycan Ciu-citsu Federasiyasının vitse prezidenti, Azərbaycan respublikasının əməkdar məşqçisi Rəsul Məmmədov bu günədək Dünya arenasında bayrağımızı dalğalandıran idmançılarımızı yetişdirdiyini, bundan sonra da bu işi qürurla davam etdirəcəyini vurğulayıb. Yeni təyin olunan prezidenti təbrik edib, Kombat Ciu-citsunun bundan sonrakı taleyinin uğurlu çiyinə həvalə olunduğunu, və gələcəkdə daha çox uğurlara imza atacağına inandığını bildirib.

Aqil Acalov isə bildirib ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan, bu gün Cənab İham Əliyevin uğurla davam etdirdiyi İdman siyasi kursuna bir azərbaycanlı olaraq öz töhvəsini verməyə, vətənimizin idman mədəniyyətini təbliğ etdirməyə çalışacaq.

Mili Ciu-citsu federasiyasının prezidenti Mirəli Seyidov isə çıxışında Beynəlxalq Avrasiya Kombat Ciu-citsu Federasiyasının heyətinə uğurlar arzulayıb, yeni Prezidentə uğurlar diləyib.

Qeyd edək ki, Acalov İqtisadiyyat üzrə fəlsəfə doktoru və idman sahəsində yetərincə təcrübəsi olan gənc kadrdır. Dünya Alpaqut Federasiyasının təsisçilərindən biri və idarə heyətinin üzvü olub. İctimai-siyasi sahələrdə də kifayət qədər xidmətləri olan Aqil Acalov bir sıra ölkədaxili və beynəlxalq idman yarışlarının təşkilatçısıdır.

Nuranə Abdullayeva

Açar sözlər: #idman   #federasiya  

Oxunub: 831