Müalicə üçün yod içən qız zəhərləndi - Goranboyda


02:37     25 Fevral 2018 18_02_24_1519494042.jpg


Goranboy rayonunun Tatar kəndində zəhərlənmə hadisəsi baş verib.

1990-cı il təvəllüdlü kənd sakini G.Bayramova xəstəliyini yaşlı qadınların məsləhəti ilə türkəçarə yolu ilə müalicə etmək üçün yod içib və nəticədə zəhərlənib.

O, xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta-qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. (Report)

Femida.az

Açar sözlər: #Goranboy   #zəhərlənmə   #dərman  

Oxunub: 1284